Hikmət Mirzəyevə yeni müavin təyin olundu

Hikmət Mirzəyevə yeni müavin təyin olundu
Azərbaycan Ordusunun Quru Qoşunları Komandanı general-polkovnik Hikmət Mirzəyevə yeni müavin təyin olunub.

GununNebzi.az
qafqazinfo -ya istinadən məlumatına görə, bu vəzifəyə general-mayor İlqar Lətifov təyinat alıb.

İlqar Lətifov bundan əvvəl Müdafiə Nazirliyinin Döyüş Hazırlığı İdarəsinin rəisi olub.

Qeyd edək ki, bu gün Müdafiə Nazirliyi Hikmət Mirzəyevin müavini general-mayor İlqar Lətifovun ölkəmizdə rəsmi səfərdə olan Pakistan SQ Hərbi Əməliyyatlar üzrə baş direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüyünə dair məlumat və foto yayıb.


Tarix: Dünən, 08:02 Oxunub: 1


Bölməyə aid digər xəbərlər