23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ABŞ-dan SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI

ABŞ-dan SON DƏQİQƏ Qarabağ AÇIQLAMASIABŞ dövlət katibi Mayk Pompeo Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

GununNebzi.az xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.

"ABŞ münaqişə tərəflərini razılaşdırıldığı kimi atəşkəsə dair öhdəliklərini yerinə yetirməyə və mülki infrastrukturu hədəf almağa son qoymağa çağırır. Biz insan itkiləri ilə əlaqədar təəssüflənirik və münaqişənin sülh yolu ilə tənzimlənməsinə sadiqliyimizi bildiririk", - Pompeo qeyd edib.


Qeyd edək ki, cəbhədə Azərbaycan Silahlı Qüvvələri qarşısında darmadağın olan və çarəsiz qalan Ermənistan ordusu ölkəmizin mülki infrastrukturuna zərbələr endirir. 10 oktyabrda Gəncə şəhərindəki çoxmənzilli yaşayış binasına Ermənistan tərəfindən atılan raket nəticəsində 10 nəfər həlak olmuş, 33 nəfər yaralanmışdı. Azərbaycan ordusu isə Dağlıq Qarabağ və Ermənistandakı mülki yaşayış obyektləri və dinc sakinləri hədəf almır, yalnız hərbi hədəflərə zərbələr endirir.


Tarix: 13-10-2020, 18:45 Oxunub: 167


Bölməyə aid digər xəbərlər