Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin təhlükəsizliyinin təmin edilməsi barədə məsləhətləşmələrə başlamaq istəyi ilə Rusiya Federasiyasına müraciət göndərib.
Bu barədə “RİA Novosti” Ermənistan XİN-ə istinadla xəbər verib.
Ermənistan müraciəti zamanı Rusiya ilə aralarındakı müttəfiq münasibətləri, həmçinin 1997-ci il 29 avqust tarixli “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi”nin ikinci bəndini əsas gətirib.
Qeyd edək ki, Azərbaycan beynəlxalq hüquqla tanınan hüdudları çərçivəsində, öz torpaqlarını işğaldan azad etmək üçün əks-hücum əməliyyatı həyata keçirir və Ermənistanın ərazisinə hücum etmir və zərbələr endirmir. Bunun əksi olaraq, Ermənistan silahlı qüvvələri münaqişə bölgəsindən uzaq olan Azərbaycan şəhərlərini, o cümlədən Gəncə, Bərdə, Mingəçeviri dəfələrlə raket atəşinə tutub, nəticədə 100-dək mülki şəxs həlak olub.
Bölməyə aid digər xəbərlər