23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Təhsil Nazirliyində vətəndaşların qəbulu avqustun 1-dək dayandırılıb

Təhsil Nazirliyində vətəndaşların qəbulu avqustun 1-dək dayandırılıb

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il avqustun 1-dək fəaliyyətini dayandırıb.

Nazirlikdən verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq.

Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.


Tarix: 1-07-2020, 13:34 Oxunub: 115


Bölməyə aid digər xəbərlər