23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakıda 75 AZN olan dərman Türkiyədə 14 manatadır - Foto

Bakıda 75 AZN olan dərman Türkiyədə 14 manatadır - Foto

Sosial şəbəkələrdə daha bir dərmanın qiymətinin qalxması müzakirələrə səbəb olub. Bildirilib ki, Bakıdakı apteklərdə 75 manat 66 qəpiyə satılan “Qalvus Met” adlı dərman Türkiyədə qat-qat ucuzdur.

GununNebzi.az
Qafqazinfo-ya istinadən xəbər verir ki, diabet xəstələrinin müalicəsində istifadə olunan dərmanın bir qutusu Türkiyədə 153,51 TL-yə ( 13 manat 99 qəpik) satılır. Yəni Bakıda bir qutuya verəcəyimiz pulla qardaş ölkədə təxminən 5 qutu dərman almaq mümkündür.

Xatırladaq ki, qiymət artımı müşahidə olunan tək dərman preparatı bu deyil. Daha əvvəl də belə hallar aşkar olunmuşdu. Belə ki, sentyabr ayında apteklərdə yodun tapılmaması daha sonra onun qiymətinin kəskin artması ilə nəticələnmişdi. Əvvəllər 40 qəpiyə satılan yod hazırda 1.20 manatadır.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında da dərmanların qiyməti müzakirə olunub. Deputat Rəşad Mahmudov və Razi Nurullayev apteklərdə bəzi dərman preparatlarının tapılmaması və ya qiymətlərinin artması məsələsinə münasibət bildiriblər. Onlar deyib ki, bu vəziyyət həm həkimlərə, həm də pasiyentlərə çətinlik yaradır. Razi Nurullayevin sözlərinə görə, ölkədən xaricə səyahət edənlər geri dönəndə özləri ilə ehtiyacları olan dərman preparatları alıb gətirir: "Çünki vətəndaşın xaricdən alıb gətirdiyi dərman bizim apteklərdə bəzən 5-7 dəfə baha olur".
Bakıda 75 AZN olan dərman Türkiyədə 14 manatadır - Foto
Bakıda 75 AZN olan dərman Türkiyədə 14 manatadır - Foto

Tarix: 6-12-2022, 16:16 Oxunub: 38


Bölməyə aid digər xəbərlər