23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Abşeronun sabiq baş memarının həbs müddəti artırıldı

Abşeronun sabiq baş memarının həbs müddəti artırıldıBinəqədi Rayon Məhkəməsində rüşvət almaqda əqsirləndirilərək, həbs edilən Abşeron Rayon İcra Hakimiyyətinin baş memarı Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədovun barələrində olan həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

prosesdə vəsatətlər təmin edilib və hər iki şəxs barəsində seçilmiş həbs-qətimkan müddəti uzadılıb.

Xatırladaq ki, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri - rayonun baş memarı Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədov ötən il iyunun 23-də rüşvət alarkən saxlanılıb və hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində dörd ay müddətə həbs-qətimkan tədbiri seçilib.//Trend


Tarix: 11-01-2021, 10:49 Oxunub: 281


Bölməyə aid digər xəbərlər