10:46 / 03-02-2025
Məktəb direktoru həbs olundu
16:25 / 02-02-2025
Xəzər dənizində zəlzələ
Eldəniz Səlimov məhkəməyə gətirildi - Fotolar+Video

Eldəniz Səlimov məhkəməyə gətirildi - Fotolar+Video

Bu gün toxunulmazlığına xitam verilərək saxlanılan deputat Eldəniz Səlimov Binəqədi rayon məhkəməsinə gətirilib.

GununNebzi.az
"Qafqazinfo" istinadən xəbər verir ki, iclas jurnalistlərə qapalı şəkildə keçirilir.

Xatırladaq ki, bir neçə saat əvvəl toxunulmazlıq hüququndan məhrum edilən millət vəkili törətdiyi əmələ görə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb.

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Eldəniz Səlimov məhkəməyə gətirildi - Fotolar+Video
Eldəniz Səlimov məhkəməyə gətirildi - Fotolar+Video
Eldəniz Səlimov məhkəməyə gətirildi - Fotolar+Video

Tarix: 3-08-2021, 19:13 Oxunub: 376


Bölməyə aid digər xəbərlər