08:16 / 20-11-2024
Tramp türkəsilli həkimə vəzifə verəcək
22:57 / 19-11-2024
Kanada da Rusiyaya hücumu dəstəklədi
22:52 / 19-11-2024
Lavrov Makronun əlini niyə sıxdığını açıqladı - Video
19:26 / 19-11-2024
Prezident onları hakim təyin etdi - Sərəncam
19:23 / 19-11-2024
“Rusiyaya zərbə üçün ilk dəfə ATACMS-dən istifadə etdik”
15:21 / 19-11-2024
“Veteranların müavinəti heç olmasa, 20-30 manat artırılsın”
15:19 / 19-11-2024
Vüqar Kərəmov 28 saniyəyə qələbə qazandı
15:17 / 19-11-2024
“Veteran təqaüdlərinin məbləği artırılmalıdır”
14:22 / 19-11-2024
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
14:20 / 19-11-2024
Sürücü dənizə düşdü, öldü
14:19 / 19-11-2024
“16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub”
11:12 / 19-11-2024
Sosial yardım nə qədər artırılacaq? - Rəqəmlər
11:07 / 19-11-2024
“Bu məlumatlara inanmayın!” - AMB-dən müraciət
09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
07:58 / 19-11-2024
Abxaziya “prezident”i istefa verdi - Foto
00:40 / 19-11-2024
Netanyahu İrana hücumun təfərrüatlarını açıqlayıb
21:59 / 18-11-2024
Biləsuvarda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü
21:44 / 18-11-2024
Maşını qaçırıb Bakı Olimpiya Stadionuna daxil olmaq istədi, həbs olundu
20:01 / 18-11-2024
“Dayanıqlı gələcək üçün irsin inkişafı” mövzusunda panel müzakirə keçirilib
19:57 / 18-11-2024
Balıq tutmağa getmişdi, çaydan meyiti tapıldı
19:56 / 18-11-2024
Conson Ukrayna ilə bağlı çağırış etdi
16:43 / 18-11-2024
Kremldən Rusiyaya raket zərbələri endirilməsi icazəsi ilə bağlı - Açıqlama
16:40 / 18-11-2024
Cinayət Məcəlləsində yeni maddə - 15 ilə kimi həbs!
13:30 / 18-11-2024
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi
13:28 / 18-11-2024
“Mərkəzi Bank pul siyasətini yumşaldıb”
13:26 / 18-11-2024
Prezident rəsmilərlə görüş keçirir - Fotolar - Yenilənib
12:23 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
12:21 / 18-11-2024
Minimum pensiya bu qədər olacaq
12:20 / 18-11-2024
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı
12:18 / 18-11-2024
Gələn il minimum əməkhaqqı - 400 manat olacaq
12:18 / 18-11-2024
7 min manat cəriməsi olan sürücü həbs edildi
91 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb - FOTO/VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətiriləcək realizə olunması və sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin ifşa edilmələri istiqamətində silsilə əməliyyatlar davam etdirilir.
GununNebzi.az xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Yardımlı rayonu Mirimli kəndi ərazisində həyata keçirdikləri növbəti tədbir zamanı həmin kənd sakini Ağagül Qarayev narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun Mirimli kəndində yerləşən evinin həyətindəki yardımçı tikiliyə baxış zamanı 52 kiloqram 49 qram heroin, 328 qram marixuana, 2 kiloqram 585 qram psixotrop maddə metamfetamin və 300 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon həbi aşkar olunub.
Araşdırma zamanı müəyyən edilib ki, Ağagül Qarayev xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələr yaradıb. Daha sonra o, narkotik vasitələri Yardımlı rayonunun ərazisində qəbul edib. Ağagül Qarayevin əsas məqsədi əldə etdiyi yüksək təsiredici xassəyə malik külli miqdarda narkotik vasitəni hissə-hissə Bakı şəhərində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək olub. Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edərək narkotik maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini və paylanılmasını təşkil etdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində həyata keçirdikləri digər əməliyyat zamanı sosial şəbəkələrdə narkotik vasitələrin onlayn yolla satışını təşkil edən Mehran Musayev və tanışı Əli Mirzəyev saxlanılıb. Bu şəxslərin üzərində şəxsi axtarış aparılan zaman ümumilikdə 132 qram heroin aşkar edilib. Həmçinin Mehran Musayevin idarə etdiyi avtomobilə baxış zamanı əlavə olaraq 10 kiloqram 490 qram heroin, 3 kiloqram 360 qram marixuana, 200 qram tiryək, 1 kiloqram 440 qram psixotrop maddə olan metamfetamin və 200 ədəd metadon həbi aşkar olunub.
Baş İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq Mehran Musayev Əli Mirzəyevlə birgə narkotik vasitələrin onlayn yolla satışını həyata keçirən dəstənin digər üzvləri Beyləqan rayonunda saxlanılıblar. Əməliyyat zamanı Rövşən Quliyev və onunla birlikdə Vüsal Əhmədov, eləcə də Böyükağa Ağayev tutulublar. Saxlanılan zaman onların üzərindən 45 qram heroin aşkar edilib. Bu şəxslər ifadələrində xarici ölkələrdən birində yaşayan narkotacirin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göndərdiyi külli miqdarda narkotik vasitələri satmaq məqsədi ilə Beyləqan rayonu Qaradağlı kəndi ərasində qəbul etdiklərini bildiriblər. Tədbirin davamı olaraq Rövşən Quliyevin Beyləqan rayonu ərazisində yaşayan qohumunun evində gizlətdiyi əlavə 16 kiloqram 325 qram heroin, 2 kiloqram 515 qram marixuana və 1 kiloqram 280 qram psixotrop maddə olan metamfetamin aşkar olunub.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Mehran Musayev, Əli Mirzəyev, Rövşən Quliyev, Vüsal Əhmədov və Böyükağa Ağayevdən ibarət dəstə üzvləri xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb ediliblər. Onlar onlayn yolla satdıqları narkotik maddələrdən əldə etdikləri külli miqdarda pul vəsaitlərini müxtəlif maliyyə əməliyyatlarının köməkliyi ilə həmin şəxslərin hesablarına köçürüblər.
Baş İdarənin və Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının paytaxtın Yasamal, Səbail və Biləsuvar rayonları ərazilərində həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər saxlanılıb. Əməliyyatlar zamanı Cəlilabad sakini Şamil Nuriyeva - Yasamal, Məhərrəm Fariqov - Səbail, Seyran Musayev isə Biləsuvar rayonu ərazisində tutulub. Onlardan ümumilikdə 1 kiloqram artıq heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 91 kiloqramdan artıq “kola” və “kakos” adlanan narkotik vasitə heroin və “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, eləcə də 500 ədəd metadon həbi qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.
Bir daha vətəndaşlara müraciət edərək bildirik ki, sosial şəbəkələrdə xarici ölkələrdəki narkotacirlər tərəfindən idarə olunan səhifələrdən onlara asan yolla varlanmaq üçün narkotik vasitələrin satışını təklif edən şəxslərin yalan vədlərinə inanmasınlar. Həmin şəxslərin narkokuryerlik təklifinə indiyə qədər müsbət cavan verən şəxslərdən isə könüllü olaraq bu yoldan imtina etməyi tövsiyyə edirik. Əks halda narkoruryerliklə məşğul olan, narkotik vasitələrin onlayn satışını həyata keçirən, bu maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil edən şəxslərin anket məlumatları Daxili İşlər Nazirliyinin istifadəsində olan ən son texnologiyalar vasitəsi ilə həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən ediləcək və onlar qısa zamanda saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Bölməyə aid digər xəbərlər

Tarix: 30-08-2021, 18:27 Oxunub: 660
Bölməyə aid digər xəbərlər
25-12-2020, 18:05
Azərbaycanda narkotik satışı ilə məşğul olan şəbəkə ifşa edildi
4-08-2020, 19:44
Əməliyyat zamanı 10 kiloqramdan artıq narkotik vasitə vəpsixotrop maddə qanunsuz dövriyyədən çıxarıldı
12-09-2020, 18:58
DİN əməliyyat keçirdi, səkkiz milyon manatlıq narkotik vasitə və psixotrop maddə aşkarlandı - FOTO
29-06-2021, 15:02
DİN narkotacirlərə qarşı əməliyyat keçirib, 72 kq narkotik vasitə götürülüb - VİDEO
11-08-2021, 10:09
Polisdən əməliyyat: Narkotik vasitələrin satışı ilə məşğul olan daha 14 nəfər saxlanılıb - FOTO/VİDEO