16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Şəhər xəstəxanasında saxta COVID pasportu verənlərə cinayət işi açıldı

Şəhər xəstəxanasında saxta COVID pasportu verənlərə cinayət işi açıldı

Daha bir xəstəxanada saxta COVID-19 pasportu verənlər ifşa olunub.

Sabunçu rayon Prokurorluğundan verilən xəbərə görə, Maştağa qəsəbəsində yerləşən “7 saylı Birləşmiş şəhər Xəstəxanası” Publik Hüquqi Şəxsində “COVİD-19” əleyhinə aparılan peyvəndləmə prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla ilə xəstəxananın vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə peyvənd vurulmadığı halda peyvəndlənmələri ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirmələri müəyyən edildiyindən fakta görə Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Koronavirusla bağlı müraciət edənlərin sayı AÇIQLANDI
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Tarix: 21-09-2021, 10:23 Oxunub: 187


Bölməyə aid digər xəbərlər