09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Ağstafada atası ilə bacısını güllələyən şəxsə ağır cəza verildi

Ağstafada atası ilə bacısını güllələyən şəxsə ağır cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunda qətl törətməkdə və adam öldürməyə cəhddə təqsirləndirilən Ramil Mustafayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

GununNebzi.az
xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu ilin yanvar ayının 9-da Ağstafa rayonunun Sadıxlı kəndində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü R.Mustafayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı yeznəsi Taleh Süleymanovu odlu silahdan atəş açaraq qətlə yetirib, atası M.Mustafayevlə bacısı İ.Mustafayevi isə öldürməyə cəhd edib.

Daha sonra R.Mustafayev şübhəli şəxs qismində tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29, 120.2.7-ci (Qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

“Report”

Tarix: 30-09-2021, 18:12 Oxunub: 277


Bölməyə aid digər xəbərlər