09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Elmar Məmmədyarovun dönəmində taksi sürücüsünün adına 5 şirkət açılıb - ŞOK DETALLAR

Elmar Məmmədyarovun dönəmində taksi sürücüsünün adına 5 şirkət açılıb - ŞOK DETALLAR

XİN-in sabiq şöbə müdiri və vəzifəli şəxsi növbəti dəfə hakim qarşısına çıxarılıb.

GununNebzi.az
Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN)İşlər idarəsinin sabiq müdiri Fərhad Molla-zadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə bu gün baş tutan məhkəmə prosesində şahid qismində Çingiz Abışov dindirilib.

Bu gün baş tutan prosesdə də şahidlər dindirilib.

Şahid Cavanşir Məmmədov ifadəsində adına şirkətlər açıldığını, nağdlaşdırılan puldan ona 2 faiz çatdığını etiraf edib: "Səhv etdiyimi bilirəm".

Səlim Əlizadə suallara cavab olaraq bildirib ki, qonaqların qəbul olunması və hədiyyələrin alınması şöbəsinə nazirliyin keçmiş əməkdaşı, bir müddət əvvəl vəfat edən Asif Həsənov baxıb.

Şahid Azər Əliyev ifadə ifadəsində "A dizayner" və "M dizayn" şirkətlərinə rəhbərlik etdiyini, nazirliyin tədbirlərində qalıb olduğunu deyib.

O, tenderlərdə qalib olduğuna görə Səlim Əlizadəyə 61 min manat verdiyini deyib.

Şahid Nicat Ələkbərov isə ifadəsində deyib ki, özünün xəbəri olmadan adına 5 şirkət təsis edilib və pul əməliyyatları həyata keçirilib. O, taksi sürücüsü olduğunu bildirib.

Rəsmi itihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olaraq müxtəlif firmalar vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə ümumilikdə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. Mənimsənilən vəsaitlər tenderlərdə süni şəkildə qalib elan edilməsi yolu yolu ilə həyata keçirilib.

F.Mollazadə və S.Əlizadə özlərini qismən təqsirli bildiklərini deyiblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Lakin bir müddət sonra məhkəmə onları ev dustaqlığına buraxıb.

Tarix: 6-10-2021, 20:50 Oxunub: 262


Bölməyə aid digər xəbərlər