16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Keçmiş icra başçısına hökm oxundu

Keçmiş icra başçısına hökm oxundu

Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

GununNebzi.az
xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Cəfərov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Onunla birgə həbs edilən Tacəddin Novruzov və Natiq Kərimova 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev və Rəcəb Hüseynova 8 il 3 ay, Sərvər Məmmədova 2 il 6 ay həbs cəzası, Məhəmmədəli Surxayevə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, rüşvət almaqda ittiham edilib.

Tarix: 22-10-2021, 14:03 Oxunub: 195


Bölməyə aid digər xəbərlər
16-02-2021, 13:25 Ramiz Qazaxlıya hökm oxundu