11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
11:35 / 20-11-2024
“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”
11:32 / 20-11-2024
Vətən müharibəsi iştirakçısı hakim oldu
08:16 / 20-11-2024
Tramp türkəsilli həkimə vəzifə verəcək
22:57 / 19-11-2024
Kanada da Rusiyaya hücumu dəstəklədi
22:52 / 19-11-2024
Lavrov Makronun əlini niyə sıxdığını açıqladı - Video
19:26 / 19-11-2024
Prezident onları hakim təyin etdi - Sərəncam
19:23 / 19-11-2024
“Rusiyaya zərbə üçün ilk dəfə ATACMS-dən istifadə etdik”
15:21 / 19-11-2024
“Veteranların müavinəti heç olmasa, 20-30 manat artırılsın”
15:19 / 19-11-2024
Vüqar Kərəmov 28 saniyəyə qələbə qazandı
15:17 / 19-11-2024
“Veteran təqaüdlərinin məbləği artırılmalıdır”
14:22 / 19-11-2024
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
14:20 / 19-11-2024
Sürücü dənizə düşdü, öldü
14:19 / 19-11-2024
“16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub”
11:12 / 19-11-2024
Sosial yardım nə qədər artırılacaq? - Rəqəmlər
11:07 / 19-11-2024
“Bu məlumatlara inanmayın!” - AMB-dən müraciət
09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
07:58 / 19-11-2024
Abxaziya “prezident”i istefa verdi - Foto
00:40 / 19-11-2024
Netanyahu İrana hücumun təfərrüatlarını açıqlayıb
21:59 / 18-11-2024
Biləsuvarda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü
21:44 / 18-11-2024
Maşını qaçırıb Bakı Olimpiya Stadionuna daxil olmaq istədi, həbs olundu
20:01 / 18-11-2024
“Dayanıqlı gələcək üçün irsin inkişafı” mövzusunda panel müzakirə keçirilib
19:57 / 18-11-2024
Balıq tutmağa getmişdi, çaydan meyiti tapıldı
19:56 / 18-11-2024
Conson Ukrayna ilə bağlı çağırış etdi
16:43 / 18-11-2024
Kremldən Rusiyaya raket zərbələri endirilməsi icazəsi ilə bağlı - Açıqlama
16:40 / 18-11-2024
Cinayət Məcəlləsində yeni maddə - 15 ilə kimi həbs!
13:30 / 18-11-2024
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi
13:28 / 18-11-2024
“Mərkəzi Bank pul siyasətini yumşaldıb”
13:26 / 18-11-2024
Prezident rəsmilərlə görüş keçirir - Fotolar - Yenilənib
Rasim Quliyevin məhkəməsində Əbülfəs Qarayevin Hacıbala Abutalıbova məktubu elan olundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
GununNebzi.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanıb.
Məhkəmədə Dövlət Tikinti Arxitektura Komitəsinin birinci müavini Namiq Hümbətovun bu il 7 oktyabrda "FF" Tikinti Şirkətinin rəhbəri Fərhad İbrahimova ünvanladığı məktub elan olunub. Məktubda bildirilir ki, binanın tikintisi 2017-ci ildə başlanıb.
Prosesdə məktuba münasibət bildirən Rasim Quliyev bildirib ki, məktubdan da məlum olur ki, artıq 2017-ci ildə binanın tikintisinə başlanılıb.
Sənədlərdən məlum olub ki, "FF" şirkətinin tikdirdiyi binanın yerində yeni metro stansiyasının girişi nəzərdə tutulduğu üçün həmin yaşayış kompleksinin inşası dayandırılıb.
Məhkəmədə elan olunan sərəncamlardan məlum olub ki, 2012-ci il avqustun 1-də Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun imzası ilə sərəncam verilib. 2014-cü il oktyabrın 28-də isə Hacıbala Abutalıbov həmin ərazidə tikinti aparılmasını dayandırılması barədə sərəncam verib. 2015-ci il oktyabrın 21-də isə H. Abutalıbov bir il əvvəlki sərəncamın ləğv edilməsi barədə təkrar sərəncam imzalayıb. Bundan sonra 2012-ci ildə verilən sərəncam öz qüvvəsində qalıb.
Şirkət 2015-ci ildə ərazidə tikinti aparmaq üçün xüsusi tikinti nişanı alsa da, məlum olub ki, 2015-2018-ci illərdə şirkətin həmin ərazidə tikinti-quraşdırma işləri aparması üçün xüsusi nişan qüvvəsini itirib. Buna görə də şirkət tikinti işləri aparmaq üçün yenidən sərəncam almalı olub. 31 may 2018-ci ildə Rasim Quliyev Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən şəxs kimi tikintiyə icazə barədə sərəncam imzalayıb. Bundan sonra şirkətə yeni tikinti nişanı verilib.
2018-ci ilin 1 oktyabrında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Rasim Quliyevin imzası ilə olan sərəncamı ləğv edib. 11 mart 2019-cu ildə Fövqəladə Hallar Nazirıiyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tikintinin dayandırılması barədə qərar verib. Bundan sonra isə 2019-cu il martın 13-də Nazirlər Kabineti şirkətin ərazidə 5 mərtəbə bina tikməsinə razılıq verib.
2019-cu il mayın 6-da keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev Baş nazirin saviq müavini Hacıbala Abutalıbova məktub göndərib. Məktubda qeyd olunub ki, Dilarə Əliyeva 141 və 145 saylı ünvandakı ikimərtəbəli binalar yerli əhəmiyyətli tarixi abidədir. Məktubda göstərilib ki, həmin binalar qəzalı vəziyyətdədir, binalarda çatlar əmələ gəlib.
Daha sonra Hacıbala Abutalıbov həmin binaların tarixi abidələr siyahısından çıxarılması üçün aidiyyəti qurumlara müraciət edib. Aidiyyəti qurumların bəziləri həmin binaların bərpasına külli miqdarda vəsait tələb olunduğunu əsas gətirərək bu binaların tarixi abidələrin siyahısından çıxarılmasına etiraz etməyib.
Prosesdə vəkillər məhkəməyə sənəd təqdim edib. Sənəddə Rasim Quliyevin hepatit xəstəliyindən əziyyət çəkdiyi göstərilib.
Məhkəmənin növbəti iclası noyabrın 1-də davam etdiriləcək.
Qeyd edək ki, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bölməyə aid digər xəbərlər

Tarix: 25-10-2021, 21:05 Oxunub: 223
Bölməyə aid digər xəbərlər
6-08-2021, 13:04
Rasim Quliyevin işi məhkəməyə göndərildi
4-10-2021, 18:09
“Hacıbala Abutalıbov məni arxayın elədi, Ramiz Mehdiyevlə danışdı”
29-06-2021, 10:31
Rasim Quliyevin həbs müddəti artırıldı
27-09-2021, 18:43
Hacıbala Abutalıbov layihəni təsdiqləyib qərar verib" - Keçmiş baş memar məhkəmədə ifadə verdi