01:20 / 28-11-2024
Bu ölkə Netanyahunu həbs etməyəcək
01:11 / 28-11-2024
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
01:10 / 28-11-2024
Hikmət Məmmədov işdən çıxarıldı
22:50 / 27-11-2024
Dəhşətli qəzada ölən hərbçilərin adları - Açıqlandı
22:49 / 27-11-2024
Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi
22:46 / 27-11-2024
Fəzail Ağamalı, övladları və nəvələri məhkəməyə verildi
22:39 / 27-11-2024
Almaniyada icazəsiz yaşayan 37 nəfər Azərbaycana göndərildi
21:44 / 27-11-2024
“Roşka” yenə eyni əmələ görə həbs olundu
21:43 / 27-11-2024
Tovuzda hərbçilər ağır qəzaya düşdü - 6 nəfər ölüb+Yenilənib
14:53 / 27-11-2024
Milli Məclisin saxlanılmasına ayrılan vəsait açıqlandı
14:16 / 27-11-2024
Zümrüd Yağmur axtarışa verildi
14:14 / 27-11-2024
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır”
14:10 / 27-11-2024
“Özüm də belə edirəm, vətəndaşla birgə kompüterdə açıb baxırıq”
14:08 / 27-11-2024
Jurnalistlərlə bağlı layihə I oxunuşdan keçdi
07:20 / 27-11-2024
"20 Yanvar"da ticarət obyektləri bağlandı - Video
07:08 / 27-11-2024
Serdar Ortaçla bağlı qərar verildi
07:06 / 27-11-2024
ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşdı
07:05 / 27-11-2024
G7-dən Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər gözlənilir
07:02 / 27-11-2024
İsrail Livanla müharibəni dayandırır
06:58 / 27-11-2024
Bayden həmin atəşkəsin vaxtını açıqladı
06:56 / 27-11-2024
Türkiyə onun qatillərini BƏƏ-yə verdi
22:10 / 26-11-2024
Dərman qaçaqmalçılığının qarşısı alındı
22:01 / 26-11-2024
PA-nın dekabr ayına olan vətəndaş qəbulu açıqlandı
21:51 / 26-11-2024
Bu ölkələrlə viza rejimi qismən ləğv olunur
21:50 / 26-11-2024
Gürcüstandan Rusiyaya gedən yol bağlandı
21:30 / 26-11-2024
Naxçıvanda sahibkarların bəzi vergilərdən azad olunması təklif edildi
21:27 / 26-11-2024
Rusiya britaniyalı diplomatı ölkədən çıxarır
17:39 / 26-11-2024
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi
17:31 / 26-11-2024
“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata
17:30 / 26-11-2024
Gələn ilin dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı
15:46 / 26-11-2024
“Həzi Aslanov” stansiyasında təmir başlayır
15:43 / 26-11-2024
İldırımzadənin işində adı hallanan qadın intihar edibmiş
“Crowd-1” sxemi üzərindən dələduzluq edənlər tutuldu - Video
Maliyyə dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən “Crowd-1” şirkətinin ölkə ərazisindəki mütəşəkkil dəstəsinin üzvləri saxlanılıblar.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, son dövrlərdə əsasən sosial şəbəkələrdə maliyyə piramidası şəklində şəbəkə quraraq dələduzluq sxemi yaradıb vətəndaşların külli miqdarda pul vəsaitlərinin ələ keçirildiyi barədə zərərçəkənlərdən çoxsaylı şikayətlər daxil olub.
Bu məlumatlar Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hərtərəfli araşdırılıb və təhlil edilib. Araşdırma zamanı Azərbaycanda son dövrlər xüsusən internet istifadəçiləri arasında əsası 2018-ci ildə xarici ölkələrdən birində qoyulan “Crowd-1” dələduzluq sxeminin toruna düşən şəxslərin üstünlük təşkil etdiyi müəyyən edilib.
Ölkə ərazisində yayılmış “Crowd-1” dələduzluq sxeminə rəhbərlik edən şəxslər müəyyən edilib. Qeyd olunan beynəlxalq dələduzluq piramida sxemini təşkil etməklə ona rəhbərlik edən Habil Bədəlov və digər 5 şəxs ətrafında əməliyyat-texniki tədbirlər keçirilib, dəstənin cinayət əməlləri barədə sübutlar toplanılıb.
Şəbəkəyə rəhbərlik edən Habil Bədəlov və üzvləri Amin Hüseynov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli və Göyçək Dünyamalıyeva qısa zamandan saxlanılaraq Baş İdarəyə gətirilib və onlar ilkin izahatlarında “Crowd-1”in piramida dələduzluq sxemi olduğunu etiraf ediblər. Onlara məxsus Bakı və Gəncə şəhərlərində yerləşən ofislərə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən elektron sübutlar aşkar olunaraq götürülüb.
Araşdırma zamanı məlum olub ki, onlar dələduzluq piramidasına bu müddət ərzində xeyli sayda vətəndaşı cəlb edə biliblər. Dəstə üzvləri onlara müraciət edən şəxsləri guya beynəlxalq şirkətə investisiya qoyduqlarını və bu işdən yüksək qazanc əldə edəcəklərinə inandıraraq vətəndaşların etibarından sui-istifadə etməklə aldadıblar. Piramidaya qoşulan şəxslərə əvvəlcədən vəd olunub ki, üç fərqli paketlərdən birini əldə etdikdə oyun, təhsil, turizm və sair sahələrlə əlaqəli platformalarda endirimlər, eləcə də “Crowd-1”-ə cəlb etdikləri hər bir şəxsə görə, həmçinin qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər əldə edəcəklər.
Müəyyən edilib ki, dələduz şəbəkə tərəfindən təklif olunan platformaların heç biri fəaliyyət göstərmir. Həmçinin vətəndaşlara “Crowd-1” şəbəkəsinə ödənilən pullardan vəd olunan gəlirlər həmin şəbəkə daxilində istifadəçilərin hesablarında göstərilsə də, o pulları nağdlaşdırmaq və ya bank kartlarına köçürmək mümkün deyil. “Crowd-1” zərərçəkənlərə 99 avrodan 2499 avroya qədər ödəniş paketləri təklif edib.
Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin başçısı Habil Bədəlov və digər 5 nəfər istintaqa cəlb edilib. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bölməyə aid digər xəbərlər

Tarix: 29-11-2021, 16:24 Oxunub: 153
Bölməyə aid digər xəbərlər
20-11-2021, 17:05
Bandotdel"dən ƏMƏLİYYAT: Saxlanılanlar var - VİDEO
18-08-2021, 13:56
Jurnalist adı ilə dələduzluq etdi
8-09-2020, 15:20
Dələduzluq edən qayınana və gəlini saxlanılıb
5-05-2021, 10:41
Özünü vəkil kimi təqdim edib dələduzluq etdi
20-11-2021, 10:16
Şəmkirdə 50 min manatdan çox dələduzluq edən qadın tutuldu