09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Bakıda 13 yaşlı qız 10-cu mərtəbədən yıxıldı

Bakıda 13 yaşlı qız 10-cu mərtəbədən yıxıldı

Bakıda yeniyetmə hündür mərtəbəli yaşayış binasından yıxılıb.

GununNebzi.az
report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Cavadxan küçəsində hündürmərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən mənzildə yaşayan Abdullazadə Z. A. qızı ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.

Ağır xəsarətlər alan yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma, qapalı kəllə-beyin travması və bədənin çoxsaylı sınıqları diaqnozları qoyulub.

On üç yaşlı qızda komatik vəziyyət müşahidə olunur. Z.Abdullazadənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Tarix: 1-12-2021, 11:25 Oxunub: 126


Bölməyə aid digər xəbərlər