09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Goranboy sakinini Bakıda döyərək qarət etdilər

Goranboy sakinini Bakıda döyərək qarət etdilər

Goranboy sakini Bakıda döyülüb.

GununNebzi.az
xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə noyabrın 30-da saat 23 radələrində 28 May qəsəbəsi ərazisində bir neçə nəfərin Goranboy rayon sakini V.İsmayılovu döyərək 150 manat pulunu almaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Sulutəpə qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş N.İbrahimov, A.Ağayev, S.Həşimov, O.Rüstəmli, H.Bəhramov, N.Yunuslu və S.Mirzəyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Tarix: 3-12-2021, 18:29 Oxunub: 151


Bölməyə aid digər xəbərlər