09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Qubadakı xalça zavodunda 410 min manat mənimsəmə olub

Qubadakı xalça zavodunda 410 min manat mənimsəmə olub

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

GununNebzi.az
xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.

İlk olaraq “Azərxalça”nın tikinti işlərinə nəzarət edən Qurban Babazadə ifadə verib. Şahid bildirib ki, işlədiyi müddət ərzində qiymətlərin şişirdilməsi ilə bağlı Vidadi Muradov tərəfindən podratçı şirkətə tapşırıqlar verildiyini görməyib:

“Mən rayonlarda aparılan tikintilərlə məşğul olmuşam. Verilən smetalarda da hər hansı çatışmazlıq olmayıb”.

Dövlət ittihamçısı şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadələri arasında ziddiyyət olduğunu qeyd edib:

“Burda başqa şey deyirsiniz, amma istintaqda başqa sözlər demisiniz. Necə olur bu? “Azərxalça”nın təkcə Qubada yerləşən xalça istehsalı zavodunda 410 min 661 manat mənimsəmə olub”.

Daha sonra qurumun baş mühasib işləmiş Mirseymur Qasımov və digər əməkdaşları ifadə veriblər. İfadələr zamanı məlum olub ki, “Azərxalça”nın dövlət büdcəsinə 640 min manat vergi borcu var.

Proses dekabrın 14-də davam etdiriləcək.

Qeyd edək ki, “Azərxalça”nın sədri Vidadi Muradov bu ilin yanvarında həbs edilib. Onkoloji xəstəlikdən əziyyət çəkən V.Muradov oktyabrın 30-da ev dustaqlığına buraxılıb. Noyabrın 5-də isə evində vəfat edib.

Daha sonra həyat yoldaşı hüquqi varisi təyin olunub və məhkəmə prosesi davam etdirilib. İş üzrə “Azərxalça” ASC və Dövlət Vergi Xidməti zərərçəkmiş kimi tanınıb.

V.Muradov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdu. O, vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinirdi. Məhkəmə V.Muradovun və oğlu Aydın Muradovun 30 milyon manatlıq əmlakına həbs qoyub.

Xatırladaq ki, Vidadi Muradovun digər oğlu Cavid Muradov Sabunçu Rayonunun Polis İdarəsinin rəisidir.
“Qafqazinfo”

Tarix: 7-12-2021, 18:59 Oxunub: 222


Bölməyə aid digər xəbərlər