09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Qazaxda kütləvi zəhərlənmə hadisəsi baş verib

Qazaxda kütləvi zəhərlənmə hadisəsi baş verib

Qazax rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

GununNebzi.az-
ın məlumatına görə, xəstəxanaya yerləşdirilənlər bir ailənin üzvləridir. Onlar S.Nəsibova (1984-cü il təvəllüdlü), Ş.Ələkbərova (1988-ci il təvəllüdlü), X.Qoruçlu (2014-cü il təvəllüdlü), N.Qoruçlu (2017-ci il təvəllüdlü), L.Qoruçlu (yaş yarım) və 8 aylıq körpə (oğlan) C.Qoruçludur.

Zərərçəkənlərin hamsına həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətləri sabitdir.

Qeyd edək ki, onlarla birlikdə 1956-cı il təvəllüdlü S.Mustafayeva da xəstəxanaya aparılıb. Ona isə ambulator yardım göstərilib.

İlkin ehtimala görə, ailə üzvləri ev şəraitində hazırlanmış pomidor turşusundan zəhərləniblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

(Report)

Tarix: 13-12-2021, 08:03 Oxunub: 219


Bölməyə aid digər xəbərlər
19-11-2021, 23:06 2 qadın qidadan Zəhərləndi