09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Keçmiş vəzifəli şəxs “Jeep”lə ər-arvadı vuraraq öldürdü

Keçmiş vəzifəli şəxs “Jeep”lə ər-arvadı vuraraq öldürdü

Bakıda sığorta sektorunun keçmiş vəzifəli şəxsi “Jeep”lə ər-arvadı vuraraq ölümünə səbəb olub.

Dekabrın 21-i axşam saatlarında Rövşən Əsgərov idarə etdiyi 10 DR 500 nömrəli “Jeep Grand Cherokee” markalı avtomobillə aeroport yolunda iki piyadanı vurub.

Piyadalar - 1957-ci il təvəllüdlü Zahid Kazımov və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Möhtərəm Kazımova hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Rövşən Əsgərov “AzSığorta” şirkətinin filiallarla iş departamentinin müdiri olub. Daha sonra isə “Standard İnsurance” sığorta şirkətinin Korporativ satış departamentinin direktoru işləyib. Buradakı vəzifəsindən çıxarılandan sonra bizneslə məşğul olduğu bildirilir.

Əlavə edək ki, 10 DR 500 nömrəsi daha öncə bir çox lüks avtomobillərdə istifadə olunub. İnternetdə yayılan fotolarda bu nömrənin “Range Rover”, “BMW 530” və “BMW X5” markalı avtomobillərə taxıldığı görünür.

(Qafqazinfo)

Tarix: 22-12-2021, 12:51 Oxunub: 205


Bölməyə aid digər xəbərlər