15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
Sənaya təcavüzdə ittiham edilən xalası oğlunun məhkəməsi başladı

Sənaya təcavüzdə ittiham edilən xalası oğlunun məhkəməsi başladı

İctimai fəal Sənay Qəhrəmanlını (Sənay Yağmur) zorlamaqda təqsirləndirilən xalası oğlu Əsgər Ağazadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

GununNebzi.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən hazırlıq prosesində vəkillər cinayət işinin materialları ilə ətraflı tanış olmadıqlarını bildiriblər. Bu səbəbdən iclas yanvarın 26-na təxirə salınıb.

Qeyd edək ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun İstintaq idarəsində aparılıb. İstintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd edək ki, Sənay Qəhrəmanlı siyasətçi Fuad Qəhrəmanlı və yazıçı Zümrüd Yağmurun qızıdır. S.Yağmurun iddiasına görə, xalasıoğlu ona tərkibi bəlli olmayan içki içirdib və daha sonra təcavüz edib.

Tarix: 14-01-2022, 12:34 Oxunub: 110


Bölməyə aid digər xəbərlər