09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Qonşunun damını düzəldərkən “tok” vurub öldürdü

Qonşunun damını düzəldərkən “tok” vurub öldürdü

Abşeronda 40 yaşlı kişini elektrik cərəyanı vurub.

Rayon prokurorluğundan verilən məlumata görə, yanvarın 19-u Ceyranbatan qəsəbə sakini 1982-ci il təvəllüdlü Elməddin Məmmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Elməddin Məmmədov qonşusuna məxsus fərdi yaşayış evinin dam örtüyünün kəsişmələrinə maye yapışqan vuran zaman dam örtüyünün 1 metr hündürlüyündən keçən elektrik naqilinə toxunması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tarix: 21-01-2022, 10:23 Oxunub: 147


Bölməyə aid digər xəbərlər