19:26 / 19-11-2024
Prezident onları hakim təyin etdi - Sərəncam
19:23 / 19-11-2024
“Rusiyaya zərbə üçün ilk dəfə ATACMS-dən istifadə etdik”
15:21 / 19-11-2024
“Veteranların müavinəti heç olmasa, 20-30 manat artırılsın”
15:19 / 19-11-2024
Vüqar Kərəmov 28 saniyəyə qələbə qazandı
15:17 / 19-11-2024
“Veteran təqaüdlərinin məbləği artırılmalıdır”
14:22 / 19-11-2024
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
14:20 / 19-11-2024
Sürücü dənizə düşdü, öldü
14:19 / 19-11-2024
“16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub”
11:12 / 19-11-2024
Sosial yardım nə qədər artırılacaq? - Rəqəmlər
11:07 / 19-11-2024
“Bu məlumatlara inanmayın!” - AMB-dən müraciət
09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
07:58 / 19-11-2024
Abxaziya “prezident”i istefa verdi - Foto
00:40 / 19-11-2024
Netanyahu İrana hücumun təfərrüatlarını açıqlayıb
21:59 / 18-11-2024
Biləsuvarda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü
21:44 / 18-11-2024
Maşını qaçırıb Bakı Olimpiya Stadionuna daxil olmaq istədi, həbs olundu
20:01 / 18-11-2024
“Dayanıqlı gələcək üçün irsin inkişafı” mövzusunda panel müzakirə keçirilib
19:57 / 18-11-2024
Balıq tutmağa getmişdi, çaydan meyiti tapıldı
19:56 / 18-11-2024
Conson Ukrayna ilə bağlı çağırış etdi
16:43 / 18-11-2024
Kremldən Rusiyaya raket zərbələri endirilməsi icazəsi ilə bağlı - Açıqlama
16:40 / 18-11-2024
Cinayət Məcəlləsində yeni maddə - 15 ilə kimi həbs!
13:30 / 18-11-2024
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi
13:28 / 18-11-2024
“Mərkəzi Bank pul siyasətini yumşaldıb”
13:26 / 18-11-2024
Prezident rəsmilərlə görüş keçirir - Fotolar - Yenilənib
12:23 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
12:21 / 18-11-2024
Minimum pensiya bu qədər olacaq
12:20 / 18-11-2024
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı
12:18 / 18-11-2024
Gələn il minimum əməkhaqqı - 400 manat olacaq
12:18 / 18-11-2024
7 min manat cəriməsi olan sürücü həbs edildi
08:18 / 18-11-2024
“Raketlər öz sözünü deyəcək” - Zelenskidən ilk açıqlama
08:03 / 18-11-2024
Onlar da Rusiyaya zərbə endirməyə icazə verdi
08:00 / 18-11-2024
Bayden Ukraynaya Rusiya ərazisini vurmağa icazə verdi
19:37 / 17-11-2024
COP29-dakı qərarlar dünyaya güclü mesaj olmalıdır - Çunqonq
İşçiləri Vilyam Hacıyevin üzünə durdu - Özü etiraz etdi
Külli miqdarda rüşvət ittihamı ilə həbs edilmiş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
GununNebzi.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, İH-nin Hüquq şöbəsinin müdiri Rahib Zahidov deyib ki, Vilyam Hacıyevin verdiyi tapşırıqları icra edib: “Torpaq, mənzil, tikintiyə icazə almaq, torpaq təyinatını dəyişdirmək istəyən adamları mühasibatlığa yönləndirmişəm. Mən tapşırıqları icra etmişəm. Sərəncam layihəsini, müqavilələri hazırlayırdım. Burada həm qanuni, həm qanunsuz əməllər olurdu. Elə adamlar vardə ki, pul alınıb mənzil verilirdi, bəziləri öz növbəsi ilə alırdı.
Biz etiraz edə bilmirdik. Vilyam Hacıyev deyirdi ki, “rəhbər mənəm, nə deyirəmsə, edin”.
Evlər üçün pul otaqların sayına görə alınırdı. Məsələn, 2 otaqlı mənzil üçün 10 min, 3 otaqlı üçün 18 min pul verilirdi. Məsələn, 200 hektarlıq sahənin təyinatını dəyişdirmək üçün 20 min manat verildiyi yadımdadır. Adamlar pulu mənim yanımda mühasibə verirdi. İşimizi itirməmək üçün Vilyam Hacıyev nə deyirdi edirdik”.
Daha sonra İH-in baş memarı Nazim Rəsulov dindirilib. O qeyd edib ki, rayonda təmir-tikinti işlərinə nəzarət edib: “Mən sənədlərdəki uyğunsuzluqlarla bağlı irad bildirəndə Vilyam Hacıyev deyirdi ki, “mən başçıyam, nə deyirəmsə, elə”. Vilyam Hacıyev hər həftə sahibkarlardan pul yığırdı. Tikintisi aparılmayan şeylər üçün büdcədən pul ayrılırdı. İşimiz rüşvət üzərində qurulmuşdu. Vəzifədə qalmaq üçün məcbur rəhbərə xidmət edirdim. İşimi itirməkdən qorxurdum.
Məsələn, vətəndaş müraciət edirdi ki, həyətyanı sahədə tikinti aparmaq istəyir. Mən də bu barədə başçıya məlumat verirdim. Başçı əraziyə uyğun olaraq məbləği deyirdi. Biz də vətəndaşa deyirdik”.
Baş memar bildirib ki, İcra Hakimiyyətinin yeni binasının tikintisi üçün bünövrə tamamlanmamış podratçı şirkətə 4 milyon manat köçürülüb: “Vilyam Hacıyevə dedim ki, belə olmaz. Sonra bu, mənim üstümdə qalacaq. Görülən işlər şişirdilmiş şəkildə göstərilirdi. Üstəlik, bir sənədə icra başçısı qol çəkibsə, mən onu ikinci dəfə geri qaytara bilməzdim. Hətta qaytardığıma görə məni 2 dəfə işdən çıxarmaq da istəyiblər”.
V.Hacıyev hər iki şahidin ifadəsinə etiraz edib və ittihamlarla razılaşmayıb.
Proses fevralın 7-də davam etdiriləcək.
Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
Bölməyə aid digər xəbərlər

Tarix: 4-02-2022, 15:52 Oxunub: 30
Bölməyə aid digər xəbərlər
28-09-2021, 15:30
Vilyam Hacıyevin ciyərlərində pnevmoniya aşkarlandı
18-10-2021, 10:36
Vilyam Hacıyevin vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi
11-01-2021, 19:03
Kamran Əliyev Vilyam Hacıyevin oğluna vəzifə verdi
7-05-2020, 16:57
DTX-nin həbs etdiyi Vilyam Hacıyevin oğlu işdən çıxarıldı - FOTO