09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Rüşvət üstündə həbs edilən gömrük işçilərinin istintaqı ilə bağlı məhkəmədə QALMAQAL DÜŞDÜ

Rüşvət üstündə həbs edilən gömrük işçilərinin istintaqı ilə bağlı məhkəmədə QALMAQAL DÜŞDÜ

Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyat nəticəsində həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

GununNebzi.az
APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə çıxış üçün dövlət ittihamçısına söz verilib.

Prokuror çıxışdan imtina edərək məhkəmə istintaqının yenilənməsini tələb edib. Dövlət ittihamçısı bildirib, Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə yeni əsasnamə daxil olub. Həmin əsasnamə ilə cinayət işinin indiyə kimi əsaslanaraq aparıldığı əsasnamə arasında ziddiyyətlər var. Həmin ziddiyyətləri nəzərə alaraq istintaq yekunlaşa bilməz.

Bundan sonra məhkəmədə qalmaqal yaranıb. Vəkillər Ceyhun Yusifov, Aqil Layıc, Hikmət Əliyev, Elnur Vəliyev və digərləri vəsatətə etiraz ediblər. Vəkil Ceyhun Yusifov dövlət ittihamçısının qaldırdığı vəsatətin təqsirləndirilən şəxslərin hüquqlarını pozduğunu deyib:

"Belə çıxır ki, ittihamçı özü-özündən şübhələnir. Bu insanlar yazıqdırlar, 6 aydan çoxdur məhkəmə istintaqı gedir, amma prokuror iş başa çatanda vəsatət verir. Vəsatət tam əsassızdır".

Vəkil Aqil Layıc isə bildirib ki, məhkəməyə təqdim olunan əsasnamə Dövlət Gömrük Komitəsi tərəfindən müşayiət məktubu ilə təqdim olunub:

"Komitə nümayəndəsi prokuror tərəfindən təqdim olunan əsasnaməni ilk dəfə gördüyünü deyir. İttihamçı tərəfindən təqdim olunan əsasnamənin mötəbərliyi şübhə doğurur. Buna görə də istintaqın təzələnməsinə etiraz edirəm".

Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi də prokuror tərəfindən təqdim olunan əsasnaməni ilk dəfə gördüyünü deyib. Bundan sonra məhkəmə Bakı Baş Dövlət Gömrük İdarəsinin əməkdaşına sözügedən əsasnamə ilə bağlı məhkəməyə müraciət təqdim etmək göstərişi verib və prosesin təxirə salındığı elan edilib.

Proses martın 7-nə kimi təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Sadiq İsgəndərov, Azər Baxşyev, Ceyhun Şabanov, Mirağa Ağayev, Emin Xəlilov və Elmar Mirzəyev Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən əməliyyatla saxlanılıblar. Saxlanılan şəxslər hər biri rüşvət almaqda təqsirli bilinərək barələrində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Tarix: 28-02-2022, 19:06 Oxunub: 438


Bölməyə aid digər xəbərlər