22:57 / 19-11-2024
Kanada da Rusiyaya hücumu dəstəklədi
22:52 / 19-11-2024
Lavrov Makronun əlini niyə sıxdığını açıqladı - Video
19:26 / 19-11-2024
Prezident onları hakim təyin etdi - Sərəncam
19:23 / 19-11-2024
“Rusiyaya zərbə üçün ilk dəfə ATACMS-dən istifadə etdik”
15:21 / 19-11-2024
“Veteranların müavinəti heç olmasa, 20-30 manat artırılsın”
15:19 / 19-11-2024
Vüqar Kərəmov 28 saniyəyə qələbə qazandı
15:17 / 19-11-2024
“Veteran təqaüdlərinin məbləği artırılmalıdır”
14:22 / 19-11-2024
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
14:20 / 19-11-2024
Sürücü dənizə düşdü, öldü
14:19 / 19-11-2024
“16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub”
11:12 / 19-11-2024
Sosial yardım nə qədər artırılacaq? - Rəqəmlər
11:07 / 19-11-2024
“Bu məlumatlara inanmayın!” - AMB-dən müraciət
09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
07:58 / 19-11-2024
Abxaziya “prezident”i istefa verdi - Foto
00:40 / 19-11-2024
Netanyahu İrana hücumun təfərrüatlarını açıqlayıb
21:59 / 18-11-2024
Biləsuvarda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü
21:44 / 18-11-2024
Maşını qaçırıb Bakı Olimpiya Stadionuna daxil olmaq istədi, həbs olundu
20:01 / 18-11-2024
“Dayanıqlı gələcək üçün irsin inkişafı” mövzusunda panel müzakirə keçirilib
19:57 / 18-11-2024
Balıq tutmağa getmişdi, çaydan meyiti tapıldı
19:56 / 18-11-2024
Conson Ukrayna ilə bağlı çağırış etdi
16:43 / 18-11-2024
Kremldən Rusiyaya raket zərbələri endirilməsi icazəsi ilə bağlı - Açıqlama
16:40 / 18-11-2024
Cinayət Məcəlləsində yeni maddə - 15 ilə kimi həbs!
13:30 / 18-11-2024
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi
13:28 / 18-11-2024
“Mərkəzi Bank pul siyasətini yumşaldıb”
13:26 / 18-11-2024
Prezident rəsmilərlə görüş keçirir - Fotolar - Yenilənib
12:23 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
12:21 / 18-11-2024
Minimum pensiya bu qədər olacaq
12:20 / 18-11-2024
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı
12:18 / 18-11-2024
Gələn il minimum əməkhaqqı - 400 manat olacaq
12:18 / 18-11-2024
7 min manat cəriməsi olan sürücü həbs edildi
08:18 / 18-11-2024
“Raketlər öz sözünü deyəcək” - Zelenskidən ilk açıqlama
08:03 / 18-11-2024
Onlar da Rusiyaya zərbə endirməyə icazə verdi
“Tariyel Qurbanovun köməyi ilə onu həbsdən çıxaracağını dedi”
Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin adından istifadə edərək dələduzluq və rüşvət verməyə cəhd kimi əməllərdə təqsirləndirilən şəxsə hökm oxunub.
GununNebzi.az “Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, 1993-cü il təvəllüdlü Elmir Musayev xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd və rüşvət verməyə təhrik etmə maddələri ilə təqsirli bilinib və ona 6 il həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, ötən ilin fevralında külli miqdarda narkotik vasitə əldə etmə və qaçaqmalçılıqda ittiham olunan Səbuhi Həsənovun qardaşı Sahil Həsənov meyxanaçı dostu “Tural Montinli” vasitəsilə Elmirlə tanış olub. Elmir onlara Səbuhinin işini həll etməkdə kömək edə biləcəyini və onun məhkəmə baxışı zamanı azadlığa buraxılmasını təmin edə biləcəyini deyib. O, qohumu kimi təqdim etdiyi Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Tariyel Qurbanov vasitəsilə bu işləri həll edəcəyini və bunun müqabilində əvvəlcə 25 min manat verilməli olduğunu deyib. Lakin o, daha sonra məbləği 20 minə endirib. Meyxanaçı kimi tanınan Sahil isə pulun 4500 manatını Elmirə verib, qalan hissəsini isə qardaşı Səbuhinin azadlığa buraxılmasından sonra verəcəyini bildirib.
Lakin bir müddət keçdikdən sonra Elmirin yalan danışdığı, Tariyel Qurbanovla əlaqəsinin olmadığı məlum olub.
Məhkəmədə ifadə verən Elmir Musayev T.Qurbanovun məsələdən xəbər tutduqdan sonra ona zəng etdiyini bildirib: “14 iyul 2021-ci il tarixdə saat 19 radələrində telefonuma zəng gəldi. Cavab verdikdə zəng edən şəxs özünü Baş Prokurorluğun Dövlət təhlükəsizliyi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri "Tariyel müəllim” adı ilə təqdim edərək onu tanıyıb-tanımadığımı soruşdu. Həmin şəxsə onu tanımadığımı və ilk dəfə olaraq onunla telefonla danışdığımı bildirdim. Özünü prokurorluq əməkdaşı "Tariyel müəllim" kimi təqdim edən şəxs mənə "sən məni tanımırsansa, nə üçün və hansı səbəbdən Sahil adlı şəxsdən guya hansısa işin görülməsi müqabilində mənə vermək adı ilə 4500 manat pul almısan?" deyə sual verdi. Tariyel müəllimə cavab olaraq onu tanımadığımı, heç vaxt Sahil və ya digər şəxsdən ona vermək adı ilə, yaxud da onun adından istifadə etməklə pul almadığımı, 4500 manat pulu altı ay müddətinə qaytarmaq şərtilə borc aldığımı dedim. Bundan sonra Tariyel müəllimlə danışıq kəsildi”.
Məhkəmədə çıxış edən zərərçəkmiş tərəf isə Elmirin ilk gündən Tariyel Qurbanovla qohum olduğunu dediyini, aldığı pulları da ona verdiyini təkrarlayıb: “Biz Elmirlə əlaqə saxlayıb pulları geri tələb etdikdə, o “gedin kimə şikayət edirsiniz, edin” dedi. Nəhayət Tarıyel müəllimi tapıb onunla danışdıq. O, Elmir adlı şəxsi tanımadığını bildirdi və adından istifadə edilməsi ilə bağlı Baş Prokurorluğun rəhbərliyinə məlumat
verəcəyini, bizim isə aidiyyəti üzrə şikayət etməyimizi dedi”.
Qeyd edək ki, Elmirin azadlığa buraxdıracağını söz verdiyi Səbuhi Həsənov ötən ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birgə tutulan bacısının əri Qadir Baladadaşova isə 20 il həbs cəzası verilib.
Xatırladaq ki, T.Qurbanov uzun müddət Qaradağ və Hacıqabul rayonlarının da prokuroru olub. O, son olaraq Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışıb və bu ilin mart ayında vəzifədən azad edilib.
T.Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır. O, bir neçə il əvvəl sol əli ilə hərbi salam verdiyinə görə də mətbuatın gündəminə gəlmişdi.
Bölməyə aid digər xəbərlər

Tarix: 14-04-2022, 13:23 Oxunub: 35
Bölməyə aid digər xəbərlər
13-03-2021, 12:40
Deputatın qardaşı oğluna hökm oxundu
26-04-2021, 13:54
Məktəb müəllimi 168 min manatlıq dələduzluğa görə HƏBS EDİLDİ
24-02-2021, 17:07
"Vəzifəli şəxs" dələduzluğa görə həbs edildi
30-08-2021, 16:49
FHN inspektoru həbs edildi
6-04-2021, 18:29
Bakıda dələduzluq: Dövlət adından istifadə edib rüşvət tələb etdi