09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Həbs edilən məmur vəzifəli şəxslərdən rüşvət alıbmış - Yenilənib

Həbs edilən məmur vəzifəli şəxslərdən rüşvət alıbmış - Yenilənib

Baş Prokurorluq Göyçay Rayon İcra Hakimiyyətinin əməkdaşının həbs edilməsi barədə məlumat yayıb.

Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qanunsuz tikinti-quraşdırma işlərinin aparılması və digər qanun pozuntusu faktları ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılır. Hazırda Göyçay RİH başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şükürov Rəşad Əlibala oğlunun İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyərkən digər vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsinin üzvləri ilə qabaqcadan əlbir olub. Səlahiyyətlərindən sui-istifadə edərək vəzifəli şəxslərdən xidməti vəzifələrinin icrasına davam etmələri üçün rüşvət verməyəcəkləri təqdirdə işdən çıxarılacaqları ilə bağlı hədə-qorxu gələrək xidməti otağında onlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad Şükürova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə istintaq davam edir”.

11:10

Göyçay İcra Hakimiyyətinin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov tutulub.

GununNebzi.az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, R.Şükürov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər.

Xatırladaq ki, rayonun icra başçısı Mehdi Səlimzadə bir müddət əvvəl işdən çıxarılıb. Daha sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qurumda yoxlamalara başlanılıb. Bir neçə vəzifəli şəxs dindirilib. Başçının köməkçisi Vahid İsayev həbs edilib.

Tarix: 18-04-2022, 18:30 Oxunub: 173


Bölməyə aid digər xəbərlər