23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bank kartından pul oğurlayan bacı-qardaş saxlanıldı

Bank kartından pul oğurlayan bacı-qardaş saxlanıldı

Bakıda bacı və qardaş bank kartından pul oğurlayıb.

GununNebzi.az
xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edən paytaxt sakini olan qadın bank kartından 3 000 manat pulunun çıxarılaraq oğurlanmasını bildirib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Tehranə Qasımova və qardaşı, Şəki rayon sakini Teymur Davudov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Tarix: 5-05-2022, 15:53 Oxunub: 167


Bölməyə aid digər xəbərlər