09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Keçmiş məhkum anbardan 30 min manatlıq oğurluq etdi

Keçmiş məhkum anbardan 30 min manatlıq oğurluq etdi

Bakıda avtomobil ehtiyatı hissələri anbarından külli miqdarda oğurluq olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xətai RPİ-nin 36-cı Polis Bölməsinə mayın 13-dən 15-dək olan müddətdə rayon ərazisindəki anbarların birindən 30.000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Nizaməddin Ağayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Tarix: 19-05-2022, 15:44 Oxunub: 23


Bölməyə aid digər xəbərlər