09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti həbs edilib

Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti həbs edilib

Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəb həbs edilib.

GununNebzi.az
“Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, 3 nəfərə qarşı ümumilikdə 240 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinir.

Belə ki, Səbuhi Rəcəb avtomobil alqı-satqısı ilə bağlı G. Əliyevadan 40 min, S.Əliyevadan 51 min manat alaraq qaytarmayıb. Onun əsas dələduzluq əməli Səhiyyə Nazirliyinin Həkimlərin Təkmilləşmə İnstitutun kafedra müdiri Şahin Əliyevə qarşı olub. Səbuhi Rəcəb əlaqələrindən istifadə edərək Şahin Əliyevi çalışdığı institutun direktoru vəzifəsinə təyin etdirəcəyini deyib. Bunun qarşılığında kafedra müdirindən 150 min manat alıb.

Səbuhi Rəcəbin əməlləri ilə bağlı istintaq tamamlanıb və iş baxılması üçün Bakı ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, S.Rəcəb BDU-nun Hüquq fakultəsini bitirib. Konstitusiya Məhkəməsində işləyib. Eyni zamanda peşəkar idmançı və biznesmen olub. 2015-ci ildə Kikboksinq Federasiyasında vitse-prezident kimi çalışıb.

Tarix: 25-05-2022, 12:33 Oxunub: 116


Bölməyə aid digər xəbərlər