09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Həbs edilən sayt rəhbərinin cəza müddəti azaldıldı

Həbs edilən sayt rəhbərinin cəza müddəti azaldıldı

Hədə-qorxu ilə pul tələb etdiyi üçün həbs edilən sayt rəhbəri Asəf Novruzov və həmin saytın əməkdaşı Məhsud Səfərovun cəzası yüngülləşdirilib.

GununNebzi.az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, 5 ay öncə Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökm Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilib.

Hər iki şəxsin cəza müddəti 7 ildən 5 ilə endirilib.

Qeyd edək ki, “cia.az” informasiya portalının rəhbəri Asəf Novruzov həmin saytın əməkdaşı Məhsud Səfərovla əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan hədə-qorxu ilə pul almalarına əsaslı şübhələr müəyyən edilib.

Onlar Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilib.

Tarix: 30-07-2022, 11:49 Oxunub: 47


Bölməyə aid digər xəbərlər