09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Bakıda işçisi şirkət rəhbərinə pul “atdı”

Bakıda işçisi şirkət rəhbərinə pul “atdı”

Bakıda işçisi tərəfindən ona dələduzluq edildiyini bildirən “Pegasus” MMC-nin rəhbəri Aydın Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edib.

GununNebzi.az-
ın“Qafqazinfo”ya istinadən məlumata görə, şirkət rəhbəri bildirib ki, MMC-də kuryer vəzifəsində işləyən 1986-cı il təvəllüdlü R.Quliyev 15 910 manat pulu kassadan yayındıraraq mənimsəyib.

Onun iddiasına görə, R.Quliyev pulu müvafiq olaraq ötən ilin dekabrından bu ilin iyul ayınadək müddətdə hissə-hissə ələ keçirib. İşçisinin xeyli miqdarda vəsaiti ələ keçirdiyini bir neçə gün əvvəl müəyyənləşdirdiyini bildirən “Pegasus”un rəhbəri məsələ ilə bağlı şikayət ərizəsi yazıb.

Hazırda müraciətlə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, "Pegasus" MMC beynəlxalq poçt xidmətləri fəaliyyəti ilə məşğul olur.

Tarix: 30-07-2022, 11:52 Oxunub: 43


Bölməyə aid digər xəbərlər