09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Səlim Müslümovun məhkəməsi təxirə salındı - SƏBƏB+YENİLƏNİB

Səlim Müslümovun məhkəməsi təxirə salındı - SƏBƏB+YENİLƏNİB

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

GununNebzi.az
"Unikal"a istinadən xəbər verir ki, prosesin təxirə salınmasına səbəb məhkəmə heyətinə daxil olan hakim İlham Mahmudovun koronavirus testinin pozitiv çıxması olub.


Xatırladaq ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

Səlim Müslümov barəsində ilk olaraq həbs qətimkan tədbiri seçilsə də sonradan səhhətindəki problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

***
09:47


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayır.

GununNebzi.az-
ın“Qafqazinfo”ya istinadən məlumatına görə, eks-nazir barəsindəki cinayət işi üzrə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçiriləcək.

Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra səhhətindəki problemlərlə bağlı o, ev dustaqlığına buraxılıb.

Tarix: 1-08-2022, 14:17 Oxunub: 57


Bölməyə aid digər xəbərlər