23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
DƏHŞƏTLİ HADİSƏ: Qayınata gəlinini öldürdü

DƏHŞƏTLİ HADİSƏ: Qayınata gəlinini öldürdü

Daşkəsəndə gəlinini qəsdən öldürməkdə şübhəli bilinən qayınata tutulub.

GununNebzi.az
xəbər verir ki, bu barədə Daşkəsən Rayon Prokurorluğu məlumat yayıb.

Avqustun 22-si saat 11 radələrində Daşkəsən rayonunun Bayan kəndi ərazisində 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qaynatası, 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmmədəli Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq tədbirləri davam edir.

Tarix: 22-08-2022, 15:49 Oxunub: 34


Bölməyə aid digər xəbərlər