23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ağdaşda məclis təşkil edən kafe sahibi həbs olundu

Ağdaşda məclis təşkil edən kafe sahibi həbs olunduAğdaşda karantin qaydalarını pozaraq məclis təşkil edən obyekt sahibi inzibati həbs olunub.

GununNebzi.az-ın xəbərnə görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xüsusi karantin qaydalarını pozaraq, şəhər ərazisində yerləşən kafelərin birində 50 nəfərdən artıq şəxsin bir yerə toplaşaraq məclis təşkil etdiyi müəyyən edilib.

Həmin şəxslər restoranın açılışını qeyd etmək məqsədilə bir yerə toplaşdıqlarını bildiriblər.

Polis əməkdaşları tərəfindən məclisi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə obyekti işlədən Asif İbrahimov 10 gün müddətinə inzibati həbs olunub,digərləri isə həbs olunub.


Tarix: 28-06-2020, 14:56 Oxunub: 154


Bölməyə aid digər xəbərlər