14:48 / 28-11-2024
ABŞ Ukraynaya 725 milyonluq yardım paketi hazırlayır
14:46 / 28-11-2024
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
14:41 / 28-11-2024
Oğlundan sonra qardaşının da federasiyası ləğv edildi
13:24 / 28-11-2024
Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi
13:19 / 28-11-2024
Azərbaycanın dövlət borcu açıqlandı
13:14 / 28-11-2024
“Sosial yardım insanları ələbaxım öyrədib”
13:13 / 28-11-2024
Yeni ildə iş və istirahət günlərinin yeri dəyişdirildi
10:26 / 28-11-2024
44 günlük müharibənin "məşhur" erməni polkovniki yenidən vəzifədə
10:23 / 28-11-2024
Bakıda 17 yaşlı qız qazdan boğulub öldü
10:18 / 28-11-2024
Mirşahin bu deputatları yıxıb-sürüdü - Video
10:17 / 28-11-2024
Ukrayna Dünya Bankından milyardlarla dollar aldı
10:13 / 28-11-2024
Tanışına qarşı külli miqdarda dələduzluq edən şəxs saxlanıldı
10:12 / 28-11-2024
Zukerberqlə Tramp arasında təkbətək görüş olub
10:09 / 28-11-2024
225 ton ağırlığında dünyanın ən böyük kokaini ələ keçirildi
10:06 / 28-11-2024
Bakıda qarlı havalara hazırlıq işləri görülür
10:04 / 28-11-2024
Ərdoğan Livandakı atəşkəsi alqışladı
10:04 / 28-11-2024
Qaxa 18 sm qar yağdı - Video
01:20 / 28-11-2024
Bu ölkə Netanyahunu həbs etməyəcək
01:11 / 28-11-2024
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
01:10 / 28-11-2024
Hikmət Məmmədov işdən çıxarıldı
22:50 / 27-11-2024
Dəhşətli qəzada ölən hərbçilərin adları - Açıqlandı
22:49 / 27-11-2024
Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi
22:46 / 27-11-2024
Fəzail Ağamalı, övladları və nəvələri məhkəməyə verildi
22:39 / 27-11-2024
Almaniyada icazəsiz yaşayan 37 nəfər Azərbaycana göndərildi
21:44 / 27-11-2024
“Roşka” yenə eyni əmələ görə həbs olundu
21:43 / 27-11-2024
Tovuzda hərbçilər ağır qəzaya düşdü - 6 nəfər ölüb+Yenilənib
14:53 / 27-11-2024
Milli Məclisin saxlanılmasına ayrılan vəsait açıqlandı
14:16 / 27-11-2024
Zümrüd Yağmur axtarışa verildi
14:14 / 27-11-2024
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır”
14:10 / 27-11-2024
“Özüm də belə edirəm, vətəndaşla birgə kompüterdə açıb baxırıq”
14:08 / 27-11-2024
Jurnalistlərlə bağlı layihə I oxunuşdan keçdi
07:20 / 27-11-2024
"20 Yanvar"da ticarət obyektləri bağlandı - Video
"Hər gecə "İmam Mehdi" kimi yuxuma girirdi" : 72 min manat zəkat verən zərərçəkmiş
Özünü 12-ci imam kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.
GununNebzi.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə baxış iclası qapalı keçirilib. Prosesə sədrlik edən hakim Eldar İsmayılov bu dəfə səbəb göstərmədən jurnalistləri zaldan çıxarıb.
Bugünkü iclasda müdafiə tərəfi vəsatət qaldıraraq zərərçəkmişlərin zala bir-bir dəvət olunaraq ifadə vermələrini istəyib. Onlar bunu zərərçəkmiş şəxslərin iclasda təhqiredici sözlər işlətməsi ilə əsaslandırıblar.
Məhkəmə vəsatəti təmin etməyib.
Bundan sonra zərərçəkmiş qismində tanınmış Kavə Rövşən dindirilib. Məlumata görə, Kavə Rövşən avtomobil və avtomobil aksessuarlarının satışı ilə məşğul olub. Bu iş üzrə ona 72 min manat ziyan dəydiyi iddia olunur. O, həmin pulları zəkat qismində verdiyini deyib.
Şahidin sözlərinə görə, Aqil Babayevlə tanış olduqdan sonra onun fikirlərini bəyənib. Sonralar isə hər gecə yuxuda onun "İmam Mehdi" olduğunu görüb: "Nə sual verirdimsə, hamısına mükəmməl cavab verirdi. Sonralar yuxularıma girməyə başladı. Tutaq ki, söhbət zamanı deyirdi, qiyamət olacaq, yuxuda görürdüm, deyirdi yağış yağacaq, gecəsi yuxuma girirdi. Bundan əlavə, hər dəfə yuxuda bunun imam olduğunu görürdüm. Belə deyək, məni ovsunlamışdı".
İttiham olunan şəxsin vəkilinin "Aqilin hansı qeyri-adi hərəkətini görüb ona inandınız", sualına isə zərərçəkmiş "Nə deyirdisə yuxuma girirdi", deyə cavab verib.
Təqsirləndirilən şəxs zərərçəkmişin ifadəsini qəbul etməyib.
Aqil Babayev deyib ki, zəkat pulunu zərərçəkmiş qardaşı ilə birgə yığıb: "Özləri yığıb, özləri də paylayıblar".
Proses noyabrın 15-də davam etdiriləcək.
Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.
(Qafqazinfo)
Bölməyə aid digər xəbərlər

Tarix: 25-10-2022, 18:06 Oxunub: 27
Bölməyə aid digər xəbərlər
4-01-2022, 20:53
Prokuror “Zaminbank”ın sahibinə ağır cəza istədi
6-07-2022, 09:43
“12-ci imam” hakim qarşısına çıxarılır
9-09-2021, 13:59
Eldar Həsənov məhkəmənin qapalı keçirilməsini istədi
27-08-2021, 16:29
“12-ci İmam” kimi həbs edilən “Şaurma N1”in şəriki Aqillə ona qarşı ifadə verənlər eyni məclisdə - Video
24-08-2021, 11:11
Özünü İmam Mehdi kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanıldı - VİDEO