09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atıldı - Yaralılar var-Yenilənib

Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atıldı - Yaralılar var-Yenilənib

Şəmkirdə valyutadəyişmə məntəqələrinin birinə qumbara atılıb.

GununNebzi.az
xəbər verir ki, hadisə nəticəsində, 51 yaşlı Nəsib Heydərov və 1990-cı il təvəllüdlü Binnət Qarayev xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
(qafqazinfo)
***

Şəmkirdə valyutadəyişmə məntəqələrinin birinə qumbara atılıması ilə əlaqədar Daxili İşlər Nazirliyi məlumat yayıb.


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib.

Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix: 5-01-2023, 19:23 Oxunub: 46


Bölməyə aid digər xəbərlər