09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Sosial şəbəkələrdə qadınlara qarşı dələduzluq edən şəxs SAXLANILDI

Sosial şəbəkələrdə qadınlara qarşı dələduzluq edən şəxs SAXLANILDI

Sosial şəbəkələrdə haker qrup səhifələri açaraq qadınlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-texniki tədbirlərlə 1996-cı il təvəllüdlü İsmayıl Babayev məsuliyyətə cəlb edilib.

Araşdırmalarla müəyyən edilib ki, o, saxta haker səhifələr vasitəsilə “mesajları əldə etmə”, “telefon dinləmə” “sosial şəbəkə hesablarının sındırılması”, “kiber xidmətlərin təşkili” adı altında 14 fakt üzrə qadınlardan müxtəlif məbləğlərdə pul alaraq mənimsəyib. Pul köçürməyən qadınların isə mobil telefon nömrələrini yayaraq əxlaqsız xidmət göstərmələri ilə bağlı paylaşımlar edib.

Araşdırmalar davam etdirilir.

Tarix: 18-01-2023, 10:01 Oxunub: 15


Bölməyə aid digər xəbərlər