23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakıda avtomobil 2 yaşlı körpənin üstündən keçib

Bakıda avtomobil 2 yaşlı körpənin üstündən keçibBakıda körpənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

GununNebzi.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Yeni Günəşli qəsəbəsində avtomobil 2018-ci il təvəllüdlü Məmmədli Ömür Asim qızının üzərindən keçib. Ağır bədən xəsarətləri alan 2 yaşlı körpə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarnın küt travması, çanaq sümüklərinin sınıqları diaqnozları qoyulub.

Ö.Məmmədlinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

(Report)


Tarix: 2-08-2020, 09:10 Oxunub: 157


Bölməyə aid digər xəbərlər