09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Peşə məktəblərindəki qanunsuzluqlarla bağlı cinayət işi başlandı

Peşə məktəblərindəki qanunsuzluqlarla bağlı cinayət işi başlandı

Peşə təhsil müəssisələrində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin vəzifəli şəxsləri tərəfindən dövlət vəsaitlərinin idarə olunması ilə bağlı qanunvericiliyin pozulması barədə Hesablama Palatasından material əsasında daxil olub.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Araşdırma zamanı həmin Agentliyin tabeliyində olan ayrı-ayrı peşə məktəblərinin vəzifəli şəxsləri tərəfindən dövlət büdcəsi vəsaitlərinin əmək haqqı və digər ödənişlər adı ilə qanunsuz olaraq müxtəlif şəxslərin bank hesablarına köçürülməsinə və bununla da, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Tarix: 25-04-2023, 11:56 Oxunub: 11


Bölməyə aid digər xəbərlər