09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
“Sumqayıt Tibb Mərkəzi”ndə külli miqdarda dövlət vəsaiti MƏNİMSƏNİLDİ

“Sumqayıt Tibb Mərkəzi”ndə külli miqdarda dövlət vəsaiti MƏNİMSƏNİLDİ

“Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Mənbə yazır ki, aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Qeyd edək ki, “Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxovadır.
“Sumqayıt Tibb Mərkəzi”ndə külli miqdarda dövlət vəsaiti MƏNİMSƏNİLDİ

Tarix: 25-04-2023, 12:08 Oxunub: 15


Bölməyə aid digər xəbərlər