09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Dövlətə xəyanətdə ittiham olunurdu, bəraət aldı

Dövlətə xəyanətdə ittiham olunurdu, bəraət aldı

Tərtər hadisələri zamanı dövlətə xəyanətdə təqsirli bilinərək 11 il müddətinə məhkum edilmiş hərbçi Sədayıl Şükürova bəraət verilib.

GununNebzi.az
Qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü ləğv olunub.

Məhkəmə bu qənaətə gəlib ki, məhkum şəxsə verilmiş ittihamlarlar əsassızdır.

Qərara əsasən, Sədayıl Şükürova bəraət verilib və o, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Məlumatı vəkil Rəsul Cəfərov təsdiq edib.

Qeyd edək ki, Sədayıl Şükürov 2018-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlətə xəyanət, tabeliyindəki hərbi qulluqçunu döymə, döyüş növbəsi qaydalarını pozma cinayətlərini törətməkdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. Gəncə Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlamışdı. Sonradan Ali Məhkəmə qərarı ləğv edərək işi apellyasiya baxışına qaytarmışdı.

Tarix: 31-05-2023, 20:17 Oxunub: 14


Bölməyə aid digər xəbərlər