23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
Karantinə rəğmən kafedə ad günü keçirmək baha başa gəldi.

Karantinə rəğmən kafedə ad günü keçirmək baha başa gəldi.Zərdab rayonunda karantin qaydalarını pozaraq kafedə ad günü məclisi təşkil edən şəxslər saxlanılıblar. Belə ki, rayonun Bıçaqçı kəndi ərazisində yerləşən “Kəndimiz” adlı kafedə rayon sakini Hüseyn Rəhimovun xüsusi karantin qaydalarını pozaraq özü üçün ad günü mərasimi təşkil etdiyi məlum olub.

GununNebzi.az məlumatına görə, Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin məclisin təşkilatçısı, o cümlədən, kafenin sahibi Sənan Zayidli və həmin məclisdə iştirak edən daha altı nəfər Zərdab rayon sakini xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq, Polis Şöbəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və məclisin iştirakçıları barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Onların törətdikləri qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar Zərdab Rayon Məhkəməsinə göndərilib.

Karantinə rəğmən kafedə ad günü keçirmək baha başa gəldi.












Karantinə rəğmən kafedə ad günü keçirmək baha başa gəldi.












Tarix: 8-08-2020, 15:00 Oxunub: 187


Bölməyə aid digər xəbərlər