01:20 / 28-11-2024
Bu ölkə Netanyahunu həbs etməyəcək
01:11 / 28-11-2024
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
01:10 / 28-11-2024
Hikmət Məmmədov işdən çıxarıldı
22:50 / 27-11-2024
Dəhşətli qəzada ölən hərbçilərin adları - Açıqlandı
22:49 / 27-11-2024
Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi
22:46 / 27-11-2024
Fəzail Ağamalı, övladları və nəvələri məhkəməyə verildi
22:39 / 27-11-2024
Almaniyada icazəsiz yaşayan 37 nəfər Azərbaycana göndərildi
21:44 / 27-11-2024
“Roşka” yenə eyni əmələ görə həbs olundu
21:43 / 27-11-2024
Tovuzda hərbçilər ağır qəzaya düşdü - 6 nəfər ölüb+Yenilənib
14:53 / 27-11-2024
Milli Məclisin saxlanılmasına ayrılan vəsait açıqlandı
14:16 / 27-11-2024
Zümrüd Yağmur axtarışa verildi
14:14 / 27-11-2024
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır”
14:10 / 27-11-2024
“Özüm də belə edirəm, vətəndaşla birgə kompüterdə açıb baxırıq”
14:08 / 27-11-2024
Jurnalistlərlə bağlı layihə I oxunuşdan keçdi
07:20 / 27-11-2024
"20 Yanvar"da ticarət obyektləri bağlandı - Video
07:08 / 27-11-2024
Serdar Ortaçla bağlı qərar verildi
07:06 / 27-11-2024
ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşdı
07:05 / 27-11-2024
G7-dən Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər gözlənilir
07:02 / 27-11-2024
İsrail Livanla müharibəni dayandırır
06:58 / 27-11-2024
Bayden həmin atəşkəsin vaxtını açıqladı
06:56 / 27-11-2024
Türkiyə onun qatillərini BƏƏ-yə verdi
22:10 / 26-11-2024
Dərman qaçaqmalçılığının qarşısı alındı
22:01 / 26-11-2024
PA-nın dekabr ayına olan vətəndaş qəbulu açıqlandı
21:51 / 26-11-2024
Bu ölkələrlə viza rejimi qismən ləğv olunur
21:50 / 26-11-2024
Gürcüstandan Rusiyaya gedən yol bağlandı
21:30 / 26-11-2024
Naxçıvanda sahibkarların bəzi vergilərdən azad olunması təklif edildi
21:27 / 26-11-2024
Rusiya britaniyalı diplomatı ölkədən çıxarır
17:39 / 26-11-2024
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi
17:31 / 26-11-2024
“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata
17:30 / 26-11-2024
Gələn ilin dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı
15:46 / 26-11-2024
“Həzi Aslanov” stansiyasında təmir başlayır
15:43 / 26-11-2024
İldırımzadənin işində adı hallanan qadın intihar edibmiş
Bakıda yüksəkvəzifəli şəxslərə zəng edən Samirin şok fırıldağı
Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı proses baş tutub.
GununNebzi.az-ın"Qafqazinfo”ya istinadən məlumata görə, dələduzluqda və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə ittiham edilən 1974-cü il təvəllüdlü Samir Yusif oğlu Əliyev barəsində bəzi diqqətçəkən faktlar üzə çıxıb.
Araşdırmalar zamanı məlum olub ki, Samir Əliyev müxtəlif şəxslərə özünü məhkəmə-hüquq sistemində tanışları olan biri kimi tanıdıb. Heç bir yerdə rəsmi işləməyən şəxs özünü Prezidentin köməkçisi Andrey Spilin və ədliyyə nazirinin müavini Eldar Nuriyev kimi təqdim edərək bir neçə yüksəkvəzifəli şəxsə zəng edib. O, həmin məmurlardan müxtəlif xahişlər və tələblər edib.
Samir Əliyev digər zənglərində Hafka adı ilə tanınan iş adamı Hafiz Məmmədovun cinayət işi üzrə 800.000 manat məbləğində vergi borcunun ödənilməsindən ötrü ona möhlət verilməsini istəyib.
Həmçinin S.Əliyev 5 may 2022-ci il tarixdə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevə zəng edərək universitetin məktəbəqədər təhsil şöbəsinin dördüncü kurs tələbəsi S.M-ə müəllim kimi əlavə dərs saatının verilməsini istəyib. 6 may 2022-ci il tarixdə isə S.Əliyev "Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənova zəng edərək tanışı A.M-in ASC-də məsul vəzifəyə təyin edilməsini tələb edib. Bundan savayı, Samir Əliyev 1 aprel 2022-ci il tarixdə "Teleradio” İstehsalat Birliyinin baş direktoruna zəng edərək həmin qurumda aparıcı mütəxəssis vəzifəsində işləmiş 1 nəfərin əvvəlki vəzifəsinə qaytarılmasını xahiş edib. O eyni zamanda 6 may 2022-ci il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin sabiq birinci müavininə zəng edərək nazirlik tərəfindən elan ediləcək tenderlərlə bağlı məlumat verilməsini istəyib.
Samir Əliyev həmçinin həbsdə olan Rəşad adlı şəxsin azadlığa buraxılmasına kömək etməsi vədi ilə onun yaxınından 21 500 manat alaraq dələduzluq edib.
İş üzrə şahid qismində ifadə verən Hafiz Məmmədov isə 2022-ci ildə vergi borcu ilə əlaqədar həbsdən az sonra azad edilməsi və ona möhlət verilməsinin Samir Əliyevin zəngi ilə əlaqədar olmadığını bildirib. Məhkəmədə iştirakdan imtina edən H.Məmmədovun istintaqa verdiyi ifadə elan edilib. "Hafka” ifadəsində deyib: "Rəhbərlik etmiş olduğum şirkətlərin Dövlət Sosial Müdafiə Fonduna 850.000 manat məbləğində qalıq borcu var idi. Faktla bağlı Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentində cinayət işinin istintaqı aparılıb və 25 yanvar 2022-ci il tarixdə barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəmdə 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Mən barəmdə seçilmiş qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasından ötrü qalıq borcun ödənilməsi ilə bağlı oğlum Sənana tapşırıq vermişdim. 31 yanvar 2022-ci il tarixdə Sənan 600.000 manat məbləğində pulu Xidmətin bank hesabına ödədi, 250.000 manat borcum qaldı. Həmin gün barəmdə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olundu. Borcumun ödənilməsindən ötrü vaxt verilməsi üçün hər hansı bir vəzifəli şəxsdən xahiş etdirməmişəm. Təqsirləndirilən Samir Əliyevi tanımıram”.
Məhkəmədə Samir Əliyev törətdiyi əməlləri etiraf edib. O, əməllərini "kobud telefon xuliqanlığı” adlandırıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi S.Əliyevi Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu (dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilib. Ona 4 il həbs cəzası verilib.
Bölməyə aid digər xəbərlər

Tarix: 17-11-2023, 18:33 Oxunub: 13
Bölməyə aid digər xəbərlər
15-09-2022, 12:29
Özünü DTX əməkdaşı kimi təqdim edən sayt rəhbərinə 7 il həbs verildi
5-04-2021, 17:39
Özünü vəzifəli şəxsi kimi təqdim edən şəxs həbs edildi
7-09-2023, 11:32
Vəzifəli şəxs rektor keçmək üçün 250 min manat veribmiş
28-04-2022, 15:15
Bakıda külli miqdarda pulu ələ keçirilən şəxs məmur imiş
23-08-2021, 18:40
Bu universitetinin şöbə müdiri tələbələrdən 226 min manat rüşvət almaqda ittiham olunur