Xətai rayonu ərazisində yerləşən şadlıq saraylarından birinin qarşısında sərxoş vəziyyətdə olan bir neçə şəxs arasında mübahisə baş verib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev məlumat verib:
“Mübahisəni yaradan şəxs ərazidə xidmət aparan polis naryadları tərəfindən saxlanılaraq polis orqanına təhvil verilib. Faktla bağlı təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Araşdırmalar davam etdirilir”.
***
Xətai rayonunda yerləşən şadlıq saraylarından birinin qarşısında dava düşüb.
Bu barədə Baku.ws məlumat yayıb.
Bildirilib ki, hadisə ötən gün saat 23 radələrində qeydə alınıb.
Polis əməkdaşlarının müdaxiləsindən sonra ərazidə sakitlik bərqərar olunub.
Hadisənin videosunu təqdim edirik:
Bölməyə aid digər xəbərlər