09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Ata hamamda 38 yaşlı oğlunun meyitini tapdı

Ata hamamda 38 yaşlı oğlunun meyitini tapdı
Zaqatalada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

GununNebzi.az
xəbər verir ki, Zaqatala şəhəri M.Müşviq küçəsindəki fərdi evdə yaşayan 1986-cı il təvəllüdlü Qurbanov Rəşad Fərhad oğlu dəm qazından boğularaq ölüb.

Belə ki, R.Qurbanov dünən gecə saat 01:50 radələrində yuyunmaq üçün axımlı su qızdırıcısının quraşdırıldığı hamam otağına keçib.

Səhər saat 06:30 radələrində isə Rəşadın atası Fərhad Qurbanov hamama daxil olarkən oğlunun orada öldüyünü görüb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır. (qafqazinfo)


Tarix: 6-03-2024, 11:41 Oxunub: 1


Bölməyə aid digər xəbərlər