23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ermənilərin öldürdüyü və yaraladığı azərbaycanlıların STATİSTİKASI

Ermənilərin öldürdüyü və yaraladığı azərbaycanlıların STATİSTİKASI27 sentyabrdan etibarən təmas xəttinin Azərbaycan istiqamətində Ermənistan silahlı birləşmələri tırəfindən edilən hücumlar nəticəsində Azərbaycanın 19 mülki vətəndaşı qətlə yetirilib.

GununNebzi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.

Baş prokuror 27 sentyabrdan etibarən Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətlər və vurulan ziyan barədə məlumat verib: "Bu faktlarla bağlı bir neçə cinayət işi açılıb. Bu işlər dinc əhalinin öldürülməsi, yaralanması və mülki obyektlərin zərər görməsi ilə bağlıdır. Bugünədək edilən hücumlarda 19 nəfər dinc əhali öldürülüb. Onlar arasında 3 qadın və 2 azyaşlı uşaq var. Onlar Naftalan şəhərinin Qaşaltı kəndinə hücum nəticəsində həlak olub. Ümumilikdə, bir ailənin evinə düşən mərmi nəticəsində bir ailənin 5 üzvü həlak olub. Bu hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100, 120 və 121-ci maddələri ilə cinayət işi açılıb. Digər bir hadisə 28 sentyabrda Ağdam şəhərində baş verib. Burada erməni silahlı qüvvələrinin hücumu nəticəsində Coşqun Paşayev həlak olub. Ağdam rayonunun Qaradağlı kəndində isə Sarıyev Elməddin həlak olub. Tərtər şəhərinə hücum zamanı 1 nəfər həlak olub, 3 nəfər yaralanıb. 28 sentyabrda ermənilərin dinc əhaliyə hücumu Tərtərdə 3 nəfərin həlak olması ilə nəticələnib. Qarabağdan olan qaçqınlar üçün salınan Şıxarx yaşayış qəsəbəsinə atılan mərmi nəticəsində 3 Azərbaycan vətəndaşı həlak olub ki, onlardan ikisi qardaşdır. Mehdiyeva Ayna 29 sentyabrda Tərtərə hücum nəticəsində dünyasını dəyişib. Füzuli rayonunun Horadiz və Cocuqmərcanlı kəndinə hücum nəticəsində 2 nəfər həlak olub. Sonuncu ölüm hadisəsi 1 oktyabrda Ağdamda qeydə alınıb".

Baş prokuror qeyd edib ki, beləliklə, Baş Prokurorluq tərəfindən məsələlərlə bağlı 12 cinayət işi başlanıb: "Bu proseslər Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılır".


Tarix: 3-10-2020, 17:00 Oxunub: 190


Bölməyə aid digər xəbərlər