23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Kamran Əliyev: “Gəncəyə qarşı törədilən terrorçuluğa hüquqi qiymət veriləcək”

Kamran Əliyev: “Gəncəyə qarşı törədilən terrorçuluğa hüquqi qiymət veriləcək”“Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı ilə Ermənistanın silahlı qüvvələri döyüş zonasından 100 kilometrdən kənarda yerləşən Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb”.

GununNebzi.az-ın xəbərinə görə, bunu Baş prokuroru Kamran Əliyev Gəncədə baş verən erməni təxribatı ilə bağlı keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, təxribat nəticəsində doqquz mülki şəxs həlak olub:

“Onlardan dördü qadındır. 30-dan artıq insan isə yaralanıb. Mülki obyektlərə, evlərə ziyan dəyib. Hazırda mütəxəssislər tərəfindən dəyən ziyan dəqiqləşdirilir”.

“Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə qarşı törədilən terrorçuluq və digər cinayət əməllərinə hüquqi qiymət veriləcək”, - deyə K.Əliyev qeyd edib.


Tarix: 11-10-2020, 16:32 Oxunub: 162


Bölməyə aid digər xəbərlər