09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Arvadını 5-ci mərtəbədən atan art-direktor barədə şikayətə baxıldı

Arvadını 5-ci mərtəbədən atan art-direktor barədə şikayətə baxıldıBakı Apellyasiya Məhkəməsində həyat yoldaşını 5-ci mərtəbədən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə baxış iclası keçirilib.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən zərəçəkmiş şəxsin hüquqi varisinin verdiyi şikayət təmin edilməyib və R.Taxveli barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsininin hökmünə əsasən Ramiz Taxvelinin barəsində olan cinayət işi üzrə icraat dayandırılıb və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqda qərar qəbul edilib.

Xatırladaq ki, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi, ev 65, mənzil 51-də baş verib.
Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Ona qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 133-cü (əzab vermə) 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı verilib.

Taxveli Ramiz Pərviz oğlu "Buta Palace”nin art-direktorudur.

Qətlə yetirilən Adelya Taxveli isə "Atəşgah Sığorta" şirkətinin əməkdaşı olub.


Tarix: 18-11-2020, 14:43 Oxunub: 149


Bölməyə aid digər xəbərlər