İspaniyanın Bilbao şəhərindən sonra Niderlandın paytaxtı Amsterdamın bələdiyyəsi də AVRO-2020-nin planlaşdırılan oyunlarını keçirəcəyini təsdiqləyib.
"Report"un məlumatına görə, bu barədə yerli federasiyanın baş katibi Qeys de Yonq "Voetbal International" nəşrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, şəhər bələdiyyəsi 2021-ci ildə şəhərdə dörd oyun keçirməyin mümkün olacağını vəd edib: "Hələ də bəzi detalları müzakirə edirik, amma "Yohan Kroyf Arena" da oyunların keçirilməsinə hazır olduğunu təsdiqləyib. Hər şeyi tamamlamaq və rəsmiləşdirmək üçün bir az vaxt lazımdır. Buna müvəffəq olacağımızı güman edirik".
Qeyd edək ki, daha əvvəl Rusiya, Danimarka, Şotlandiya və İspaniya AVRO-2020-nin planlaşdırılan oyunlarını keçirəcəklərini təsdiqləyib.
***19:13
İspaniyanın Bilbao şəhəri AVRO-2020-nin oyunlarını qəbul etməklə bağlı UEFA-ya zəmanət verib.
"Report"un məlumatına görə, bu barədə TASS-a yerli Təşkilat Komitəsinin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, bütün zəmanətləri dövlət orqanları verib: "Müqavilələr maraqlı tərəflər tərəfindən imzalanacaq. Hazırda Bilbaonun 2021-ci ildə matçları qəbul etməmək ehtimalı azdır".
Daha əvvəl Rusiya, Danimarka və Şotlandiya AVRO-2020-nin planlaşdırılan oyunlarını keçirəcəklərini təsdiqləyib.
Qeyd edək ki, AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat qarşılaşmaları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
2021-ci ildə Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərlə bağlı qərar iyunun 17-də UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək.
Bölməyə aid digər xəbərlər