10:46 / 03-02-2025
Məktəb direktoru həbs olundu
16:25 / 02-02-2025
Xəzər dənizində zəlzələ
Qurban Qurbanov “Qarabağ”da 600-cü oyununa çıxdı

Qurban Qurbanov “Qarabağ”da 600-cü oyununa çıxdı

Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 600-cü oyununu keçirib.

GununNebzi.az
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley matçı Premyer Liqanın XXIV turuna təsadüf edib.

“Qəbələ” ilə səfərdəki qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

50 yaşlı mütəxəssisin bu vəzifəyə təyin olunduğu 2008-ci ilin yayından indiyədək bütün turnirlərdə baş tutan 600 qarşılaşmanın 337-də "köhlən atlar" qələbə qazanıb.

Komanda 153 dəfə heç-heçəyə imza atıb, 110 dəfə məğlubiyyətlə üzləşib.

Tarix: 25-04-2022, 13:44 Oxunub: 135


Bölməyə aid digər xəbərlər
8-02-2021, 15:16 "Qarabağ" uğura imza atdı