23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda problemli kreditlərin həcmi azaldı

Azərbaycanda problemli kreditlərin həcmi azaldı2020-cu ilin noyabr ayınadək problemli kreditlərin həcmi illik hesabda 27,3 faiz (378,4 milyon manat) azalaraq 1,01 milyard manat olub.
[/b]
GununNebzi .az xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistik bülleteninə məlumat verilib.

Bank sektorunun və qeyri-bank kredit təşkilatlarının ümumi kredit portfeli 2,35 faiz artaraq 14,78 milyard manat təşkil edib.

Verilmiş kreditlərdə dövlət banklarının payı 2,67 milyard manat (ümumi portfelin 18 faizi), özəl banklar 11,74 milyard manat (79,4 faiz), bank olmayan kredit təşkilatları (QBKT) isə 376,6 milyon manat (2,5 faiz) olub.

2020-ci ilin noyabrınadək milli valyutada verilən kreditlərin həcmi 10,25 milyard manat (2019-cu ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artım), bankların kredit portfelindəki payı isə 69,4 faiz təşkil edib.

Hesabat dövründə 4,53 milyard manat ekvivalentində xarici valyutada kredit verilib (ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artım) verilib. Bu göstəricinin bankların kredit portfelində payı 30,6 faizə bərabər olub.

Qısamüddətli kreditlərin həcmi milli valyutada 1,72 milyard manat, xarici valyutada isə 736 milyon manat olub. Uzunmüddətli kreditlərin həcmi müvafiq olaraq 8,53 və 3,8 milyard manat təşkil edib


Tarix: 27-11-2020, 20:49 Oxunub: 166


Bölməyə aid digər xəbərlər